12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda əhali ucuz qiymətə keyfiyyətli dərmanlar ala biləcək

“Dərman vasitələrinin beynəlxalq qeydiyyatının tanınması, elektron resept və dərmanların qiymətinin yüksək həddinin təyin olunması təqdirəlayiq haldır”.

Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

Nazir müavininin sözlərinə görə, bu kimi dəyişikliklər dərman sahəsində çeşid çoxluğuna səbəb olacaq: “Daha keyfiyyətli dərmanlar daha ucuz qiymətə əhaliyə təqdim olunacaq. Dərman vasitələrinin ölkəyə idxalı üçün nə qədər münbit şərait yaradılsa da, dərmanlara əlçatanlıq və çeşid çoxluğu vacibdir. Bu il bu sahədə ciddi işlər görülüb”.

O qeyd edib ki, ölkədə dərman vasitələrinin daxili təlabatının böyük hissəsi idxaldan asılıdır: “Nazirlik bu istiqamətdə aidiyyəti qurumlarla fəaliyyətini davam etdirir. Ümumilikdə, son 20 ildə səhiyyə sahəsində uğurlu nailiyyətlər əldə edilib. Əhalinin sağlamlığı ilə bağlı müsbət dinamika da bunu deməyə imkan verir. Əczaçılıq sahəsi həyati vacib sahələrdən biridir. Bu il ərzində bu sahədə baş verən müsbət dəyişikliklər əczaçılıq məsələsində təsirini göstərəcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər