MTM (Media Təhlil Mərkəzi) vətəndaşlar arasında marketlər və orada satılan məhsullarla bağlı sorğu keçirib. Sorğuda iştirak edən 1140 respondentin 49%-ni qadınlar, 51%-ni kişilər təşkil edib.
Banker.az xəbər verir ki, sorğu iştirakçıları sualı cavablandırmaqla daha çox alış-veriş etdikləri marketlərin adlarını açıqlayıblar. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin fikirləri aşağıdakı kimi olub:
Bravo Supermarket – 44%;
Araz Supermarket – 43%;
Bazarstore – 40%;
OBA Market – 30%;
Digər – 25%;
AL Market – 20%;
Rahat Supermarket – 10%;
Bizim Market – 9%;
Bolmart – 8%;
Grandmart – 6%;
Neptun Supermarket – 5%;
Fresco Supermarket – 1%.