9 C
Baku
Tuesday, December 16, 2025

Azərbaycanda əhalinin bank əmanətləri 566 mln. manat azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2016-cı il mart ayının 1-nə 8 077,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının verdiyi xəbərə görə, fevralın 1-nə olan analoji göstərici ilə müqayisədə əmanətlərin həcmi 566 mln. manat və ya 6,5% azalıb.

Qeyd edək ki, yanvarın 1-i ilə müqayisədə əhalinin əmanətləri 987,8 mln. manat və ya 13,9%, 2015-ci ilin analoji dövrünə nisbətən isə 144,6 mln. manat və ya 1,8% azalıb.

-Report

Son xəbərlər
Digər xəbərlər