Azərbaycanda əhalinin Cənubi Koreyaya pul köçürmələri 75 faiz yüksəlib

Azərbaycanda Cənubi Koreyadakı fiziki şəxslərə pul köçürmələrin həcmi kəskin yüksəlib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Belə ki, 2023-cü ilin ilk üç rübündə C.Koreyaya illik müqayisədə 5 milyon 636 min dollar və ya 75% artaraq 13 milyon 181 min dollara yüksəlib.

2022-ci ilin ilk üç rübündə C.Koreyaya 7 milyon 545 min dollar pul köçürülmüşdü.

Cari ilin müvafiq dövründə Azərbaycandan xaricdəki fiziki şəxslərə pul köçürmələrin həcmi  401 milyon 719 min dolar təşkil edib. Bu illik 23% azalmadır.

Son xəbərlər
Digər xəbərlər