2019-cu ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 22164,1 milyon manat təşkil etmiş, əhalinin hər nəfərinə orta hesabla 2244,0 manatlıq gəlir düşmüşdür.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 20386,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,0 faiz çox vəsait qalmışdır.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edərək bildirir.
Əhalinin gəlirlərinin əsas göstəriciləri
2019-cu ilin yanvar-may aylarında | 2018-ci ilin yanvar- may aylarında | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | |
Əhalinin nominal gəlirləri, mlyn manat | 22164,1 | 20747,6 | 106,8 |
Hər nəfərə, manat | 2244,0 | 2118,4 | 105,9 |
Sərəncamda qalan gəlirlər, mlyn manat | 20386,3 | 19060,2 | 107 |
Hər nəfərə, manat | 2064 | 1946,1 | 106,1 |