Azərbaycanda əhalinin nominal gəlirləri 2026-ci ilin yanavrında 8.6 faiz artaraq 6 milyard 478,2 , milyon manata yüksəlib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə 8.2% artaraq 631.2 manat olub. Qeyd edək ki, DSK-nin digər xəbərinə əsasən Azərbaycanda illik inflyasiya yanvarda 5.7 faiz olub. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 faiz, qeyri-qida məhsulları üzrə 3,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz təşkil edib.
2026-cı il 1 yanvar vəziyyətinə görə əhalinin banklardakı əmanətləri illik 14.4% artaraq 16 milyard 772.4 milyon manat olub.
Əhali ilk ayda 5 milyard 292.5 milyon manatlıq pərakəndə ticarət həyata keçirib.






