Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il sentyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 163 176 nəfər təşkil edib.
Banker.az xəbər verir ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54.6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45.4 faiz olub.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində ölkə üzrə 75623 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin
hər 1000 nəfərinə bu göstərici azalaraq 12.3-dən 11.2-yə düşüb.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46.7 faiz olub. Doğulan körpələrdən 2288-i əkiz, 99-u üçəm, 4-ü isə dördəm olub.