Azərbaycanda əhalinin tütün məmulatları üzrə xərcləri öncəki illə müqayisədə artıb.
Banker.az xəbər verir ki, Azərbaycan əhalisi cari ilin birinci rübündə 51 milyon 143.1 min manat xərclər çəkib.
Bu isə öncəki illə müqayisədə 16 mln. 112.6 min manat, yaxud 46% artım dinamikasıdır.
Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar-mart ayları ərzində orta illik tütün məmulatları 6.4% bahalaşıb. İllik isə martın sonuna 9.8% bahalaşma olması rəsmi olaraq təsdiqlənib.
DSK bildirir ki, ötən ilin martında Azərbaycanda siqaretlərin qiyməti hər qutu üzrə 2.31 manat olduğu halda bu il 2.50 manata qalxıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə əhalinin 15.3%-i siqaret çəkdiyi halda, 2021-ci ildə bu pay 15.1%-ə düşüb. kişilərərin isə siqaret çəkənlərinin payı 31.6% (2020: 31.9%) olub.