Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi 1602.3 mln. manatlıq xidmətlərin 73.6%-i əhali sektoruna aid olub.
“Banker.az”a bu barədə məlumat Dövlət Statistika Komitəsindən verilib.
Məlumata görə, hesabat dövründə göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri illik müqayisədə 2.7% artıb. Bu sahədə əldə edilmiş gəlirin 80.5 faizi qeyri-dövlət sektorunun payına düşüb.