7 C
Baku
Friday, November 8, 2024

Azərbaycanda əhaliyə Rusiya, ABŞ və Almaniyadan pul köçürmələr kəskin düşüb – SİYAHI

Azərbaycanadakı əhaliyə bir sıra ölkələrdən pul köçürəmələrin həcmi 2023-cü ildə 2022-ci illə müqayisədə azalıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Statistikaya əsasən, 2022-c ildə ümumilikdə əhaliyə 3 milyard 620.12 mln. dollar pul baratları göndərdilidiyi halda, bu rəqəm 2023-cü ildə 1 mlrd. 965.3 mln. dollar azalmaqla cəmi 1 mlrd. 654.81 mln. dollar təşkil edib.

Azalmada əsas faktor Rusiyadır. Belə ki, ölkəyə 2022-ci ildə göndərilmiş pul baratlarının 82 faizi şimal qonşumuzdan daxil olurdu. 2022-ci ildə 2 mlrd. 969.44 mln. dollar olan bu rəqəm 2023-cü ildə 1 mlrd. 47.52 mln. dollara düşüb.

İkinci ən böyük azalma digər supergüc olan ABŞ-dən gəlir. ABŞ-dən 2023-cü ildə Azərbaycanakı fiziki şəxslərə göndərilmiş pul baratlarının həcmi illik müqayisədə 81.54 mln. dollar və ya 52% azalaraq 73.81 mln. dollara düşüb.

Üçüncü ən böyük azalma Almaniyadandır. İllik müqayisədə 23.09 mln. dollar azalıb.

324567 1

Son xəbərlər
Digər xəbərlər