Azərbaycanda əlil arabaları istehsal olunacaq

Azərbaycanda ilk dəfə əlil arabaları istehsal olunacaq.

Əlil arabalarının istehsalına İsmayıllı Velosiped Zavodunda (İSMA BİKE) başlanacaq.

Zavodun icraçı direktoru Hafiz Həsənov saytımıza açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, artıq bununla bağlı Çinlə razılıq əldə olunub.

“Üç ay sonra zavodda əlil arabalarının istehsalına başlanılacaq. Çinlə razılaşmışıq, 10-15 gündən sonra xammalları sifariş edəcəyik. Xammal 2-3 ay ərzində ölkəyə gələcəyi üçün təxminən 3 ay sonra əlil arabalarının istehsalına start veriləcək”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər