8 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda əlilliyi olan şəxslərin bizneslərini qurmaları üçün işlər görüləcək

Gələn il özünüməşğulluq proqramı çərçivəsində əlilliyi olan şəxslər üçün yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bu barədə Dövlət Məşğulluq Agentliyinin Məşğulluq tədbirləri departamentinin müdiri Pərviz Bənnalı dekabrın 5-də Bakıda keçirilən “Əlilliyi olan sahibkarların idarəetmə bacarıqlarının artırılması” mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, növbəti ildə eşitmə və görmə əngəlli şəxslərin əmək bazarına inteqrasiyası həmin şəxslərin sosial müdafiəsinin təmin edilməsi və məşğulluq tədbirlərinə istiqamətləndirilməsi məqsədilə özünüməşğulluq proqramının müxtəlif istiqmatləri üzrə həmin şəxslərin təlimlərə cəlb edilməsi və əmlakla təmin edilərək öz kiçik bizneslərinin də qurulması həyata keçiriləcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər