8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda əlilliyi olan şəxslərin cəmi 5%-i işlə təmin olunub

Azərbaycanda 600 minə yaxın əlilliyi olan şəxs var və bunun 5 faizi işlə təmin olunub.

Bu barədə “Müstəqil Həyat Tərzi Əlillərə Dəstək” İctimai Birliyinin sədri Aydın Xəlilov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda işəgötürənlərin əlilliyi olan şəxslərin işlə təmin olunmasına maraq azdır: “Bir çox iş yerlərində əlilliyi olan şəxslər üçün əlavə güzəştlər tənzimlənir. İşəgötürənlərin əlilliyi olan işçilərə qarşı stereotipləri var. Məsələn, iş saatlarının azaldılması, gecə novbələrinin qadağan edilməsi, uzadılmış illik məzuniyyət, illik ödənişsiz məzuniyyətin verilməsi, bəzi hallarda tibbi səbəblərdən həftə sonları və bayram günlərində işin qadağan edilməsi digər işçilər arasında aşkar fərqi göstərir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər