20 C
Baku
Sunday, May 5, 2024

Azərbaycanda Əmək Məcəlləsi dəyişdirildi

Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qanunun 4-cü maddəsinə ( Bu Məcəllənin tətbiq edildiyi işyerləri ) maddəsinə təklif olunan dəyişiklikdə göstərilib ki, Azərbaycan qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.

Həmçinin 65-ci maddəyə (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) edilən dəyişikliyə görə, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər