2021-ci ilin I rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 480 nəfər olmuşdur.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Öncəki ilin eyni dövründə bu rəqəmin 1 300 nəfər olduğunu nəzərə alsaq, illik müqayisədə 14% artması deməkdir.
Onlardan 39.7 faizi tikintidə, 17 faizi mədənçıxarma sənayesində, 8.4 faizi emal sənayesində, 6.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5.5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4.1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və 18.6 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olmuşdur.