1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda əmək müqavilələri e-qaydada bağlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilir.

Banker.az Nazirliyə istinadən xəbər verir ki, nazir müavini Anar Əliyev yeni altsistemin tətbiqinin əmək münasibətlərində köklü dəyişiklikləri nəzərdə tutduğunu deyib. Qeyd edib ki, ƏMAS bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni ciddi dəstək mexanizmini formalaşdırır. Bu altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib ki, işəgötürənlərin fəaliyyətini təmin edəcək bölmələrdə işəgötürənin kabineti, təşkilatın profili, strukturu, fəaliyyət sahəsi, hüquqi ünvanı, nizamnaməsi, ştat məlumatları və s. barədə informasiyalar əhatə olunacaq.

Altsistem vasitəsilə ştat cədvəllərinin formalaşdırılması, vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif növ əmrlər, o cümlədən əmək müqavilələrinin e-qaydada bağlanması, müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin e-imzalanması imkanları təmin ediləcək.

 

Son xəbərlər
Digər xəbərlər