Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 339 553 vahid artıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin hesabatında deyilir.
Hesabata əsasən, bu il dekabrın 1-nə əmək müqavilələrinin sayı 1 741 468 təşkil edib.
Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 287 572 vahid artaraq 827 494 təşkil edib.