5 C
Baku
Friday, November 8, 2024

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyondan çoxdur – DSMF

Aprelin 1-nə olan məlumata görə, respublika üzrə əmək pensiyası alan şəxslərin sayı 1 milyon 293 min 200 nəfərdir.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyev məlumat verib.

Onun sözlərinə əsasən, pensiyaçıların 783.518 nəfərini və ya 60.6%-ni yaşa görə, 369.170 nəfərini və ya 28.5%-ni əlilliyə görə, 140.515 nəfərini və ya 10.9%-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir: “Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmağı nəticəsində pensiyaların orta aylıq məbləği hər il artırılıb. Əgər ölkə üzrə pensiyaların orta aylıq məbləği ötən ilin yanvarın 1-də 170.5 manat təşkil edibsə, hazırda bu rəqəm 175.1 manatdır.

Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 194.6 manata çatdıb. Yeni sistemin fəaliyyətə başladığı dövrdən bu günədək əmək pensiyalarının baza məbləği dörd dəfə artıb.

Ölkə başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməyi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsi ölkədə baş vermiş infilyasiyaya uyğun olaraq müəyyənləşdirilib və 2014-cü il yanvarın 1-dən 2.4%-lik, 2015-ci il yanvarın 1-dən isə 1.4%-lik artım tətbiq edilib.

2007-ci ildən etibarən prezident İlham Əliyev tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməyi ilə bağlı verilən sərəncamların sayı doqquza çatıb.”

SalamNews

Son xəbərlər
Digər xəbərlər