9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi qaydası dəyişib

Nazirlər Kabineti “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarında dəyişikliklər edib.

İndiyədək istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin siyahısı sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda, onun himayəsində olmuş ailə üzvləri haqqında arayış, habelə əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən valideynlərdən birinin – arvadının (ərinin) və ya digər ailə üzvünün sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb müəssisələrinin rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etmələri barədə arayış daxil olub.

Dəyişikliyə əsasən, əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən valideynlərlə bağlı şərt aradan qaldırılıb. Bundan sonra sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda, onun himayəsində olmuş ailə üzvləri haqqında arayış, habelə valideynlərdən birinin – arvadının (ərinin) və ya digər ailə üzvünün sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb müəssisələrinin rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etmələri barədə arayış tələb olunacaq.

Digər dəyişiklik istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması qaydaları ilə bağlıdır. İndiyədək aylıq sığorta ödənişlərinin verilməsi sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü müəyyən edildikdə dayandırılıb. Əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən valideynlərlə bağlı şərt qaydalardan da çıxarılıb.

Bundan sonra sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü müəyyən edildikdə aylıq sığorta ödənişlərinin verilməsi dayandırılacaq.

APA.az

Son xəbərlər
Digər xəbərlər