10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda əməkhaqqı kartları “sıçrayış” artımla tarixi rekord vurub

Azərbaycanda son 6 ayda ilk dəfə olaraq əməkhaqqı kartlarının sayındakı azalma dayanıb, artıma doğru yönəlib.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 1 iyul 2020-ci il tarixinə olan göstəricilərinə istinadla xəbər verir.

Hesabat dövründə, 2 milyon 399 min ədəd əməkhaqqı olub, bu da son bir ay ərzində 73 min ədəd artım deməkdir.

İyundakı bu “sıçrayış artım” hətta, nəinki, cari ilin ilk ayındakı rekorda çatıb hətta onu bir neçə minlik göstərici ilə üstələyib.

Azərbaycanda 2020-ci ildə əməkhaqqı kartları
Tarix Əməkhaqqı kartı, min ədəd Aylıq dinamika
Yanvar           2,355 1.7% 39
Fevral           2,347 -0.3% -8
Mart           2,334 -0.6% -13
Aprel           2,333 0.0% -1
May           2,326 -0.3% -7
İyun           2,399 3.1% 73

Ümumi olaraq ölkədə bank kartları 8 milyon 659 min ədədə çatıb. Burada, 3 milyon 336 min ədədi sosial kart, 2 milyon 399 min ədədi əməkhaqqı 1 milyon 976 min ədədi digər və 949 min ədədi isə kredit kartları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər