Azərbaycanda 2019-cu ilin Noyabr ayının sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 207 min ədəd təşkil edib.
Banker.az bu barədə Mərkəzi Bankın statistikasına istinad edir.
2019-cu ildə Oktyabr ayı ilə müqayisədə Noyabr ayında kredit kartlarının sayı 7 min ədəd azalaraq 751 min ədəd olub.
Noyabrda sosial kartların sayı 26 min ədəd artaraq 2 milyon 409 min ədədə, əməkhaqqı kartlarının sayı 30 min ədəd artaraq 2 milyon 306 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı isə 21 min ədəd artaraq 1 milyon 740 min ədəd təşkil edib.