Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il iyunun 1-nə 62,9% təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir.
Bu nisbət mayın 1-də 63,4% olub. Başqa sözlə, mayda əmanətlərin dollarlaşması 0,5% bəndi azalıb. Dollarlaşma səviyyəsi bu ilin əvvəlinə 66,5%, ötən il iyunun 1-nə 74,5% olub.
Məlumata görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il iyunun 1-nə 7 867,5 mln. manat təşkil edib ki, bunun da 4 948,3 mln. manatı xarici valyutada yerləşdirilib.