Azərbaycanda əmlak sığortası üzrə yığımlar azalıb

Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortada yığımlar azalıb.

Banker.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki,  bu ilin yanvar-aprel aylarında sığorta şirkətləri bu sığorta növü üzrə 36 milyon 135 min manat sığorta haqqı toplayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 828 min manat və ya 2.2% azdır.

Hesabat dövründə sığorta şirkətlərinin bu sığorta sinfi üzrə ödənişləri ötən illə müqayisədə 729 min manat artaraq 7 milyon 798 min manat təşkil edib. Qeyd edək ki, 2020-ci ilin eyni dövründə isə bu göstərici 7 milyon 68 min  manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər