Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əmlakın yanğından sığortası üzrə 46 milyon 964 min manat sığorta haqqı toplanılıb.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, 2022-ci ilin eyni aylarında sığorta növü üzrə 37 milyon 947 min manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 24% çoxdur.
Bu sığorta növü üzrə sığorta ödənişi isə 16 milyon 805 min manat olub.