13 C
Baku
Sunday, September 29, 2024

Azərbaycanda əmlakını yanğın və digər risklərdən sığortalayanların sayı 7 dəfədən çox artıb

Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortasına maraq artıb.

Banker.az-a Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında sığorta şirkətləri bu sığorta növü üzrə 49 milyon 940 min manat sığorta haqqı toplayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 16 min manat və ya 9% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin bu sığorta sinfi üzrə ödənişləri çox olub. Belə ki, ötən il ilə müqayisədə əmlakın yanğın və digər risklərdən sığortaya görə ödənişlər 7.2 dəfə artaraq 13 milyon 358 min manat təşkil edib. 2019-cu ilin eyni dövründə isə bu göstərici 1 milyon 864 min manat olub.

Son xəbərlər
Digər xəbərlər