-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda əmlakla bağlı etibarnamələri mobil tətbiq vasitəsilə rəsmiləşdirmək mümkün olacaq

Ədliyyə Nazirliyi “Mobil notariat” tətbiqinin imkanlarını genişləndirib.

Artıq daşınmaz əmlaka sərəncam verilmək, o cümlədən əmlakı almaq, satmaq, bağışlamaq, dəyişmək, ipotekaya qoymaq və sair hərəkətlər etmək üçün etibarnamələri də tətbiq vasitəsilə rəsmiləşdirmək mümkündür.

İstifadəçilər özlərinə məxsus bütün daşınmaz əmlakları və yaxud konkret əmlakı göstərməklə onlar üzərində istənilən sərəncam hüququnu digər şəxsə etibar edə bilərlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər