2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda əmtəə dövriyyəsi 2,7% artıb

Azərbaycanda 2016-cı ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 8738,5 mln. manatlıq məhsul satılıb.

Reportun Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, xidmət subyektləri tərəfindən 2238,8 mln. manatlıq ödənişli xidmət göstərilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,7%, əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir 1,7% artıb, ticarət şəbəkəsində 4364,6 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4373,9 mln. manatlıq qeyri-ərzaq məhsulları satılıb.

Son xəbərlər
Digər xəbərlər