8 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Banker.az olaraq banklarda oktyabr ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.

Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 12-29% aralığında müəyyən edilib.

Hansı bankın daha sərfəli şərtlərlə nağd pul krediti təklif etdiyini isə cədvəldən tanış ola bilərsiniz.

  • ABB –  Nağd pul kreditini əldə etmək üçün həmçinin onlayn qaydada müraciət edib 12.9%-dən başlayaraq 30 000 AZN-dək nağd krediti onlayn əldə etmək mümkündür.
  • Bank of Baku – Bank of Baku Təhsil işçilərinə özəl kampaniya çərçivəsində 30.000 AZN-dək Nağd Pul Kreditini min.12,5% ilə təklif edir.
  • Bank BTB – 15.99%-dən başlayan illik faiz dərəcələri, 0%-dən başlayan komissiya ilə biznes və istehlak kredlərindən yararlanmaq mümkündür. Təqdim edilən kreditlərdə sığorta komissiyası 0% təşkil edir. “Fərqli payız” kampaniyası Dekabrın 30-dək davam edəcək.
  • Expressbank – 2 ay güzəşt müddəti, Kampaniya çərçivəsində kredit əldə edən müştərilərə balansında 10.000 manatadək vəsait olan Expresso Standart, GOLD hətta Platinum kredit kartları hədiyyə olunacaq.
  • Kapital Bank – Kampaniya çərçivəsində onlayn müraciətlərdə illik faiz dərəcəsi 13%-dən başlayaraq, yalnız onlayn rəsmiləşdirilən kreditlərə nağdlaşdırma komissiyası 0%-dir. Kampaniya 10 oktyabradək keçərlidir.
  • Naxçıvanbank – Kredit kampaniyasının müddəti 31 Oktyabr tarixinədək yenidən uzadıldı.
  • PAŞA Bank –  istehlak krediti yalnız həmin bankdan əmək haqqı alan kart sahiblərinə verilir.
  • Xalq Bank – 31.12.2022-ci il tarixədək davam edən kampaniyada neft-qaz sektorunda, müəyyən dövlət strukturlarında və bank sektorunda çalışanlar üçün: illik 12%, 15 000 AZN zaminsiz, 30 000 AZN-dək zaminliklə. (Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən filiallar istisna olmaqla digər bölgələrdə maksimal məbləğ 8 000 AZN/15 000 AZN)

sr

Son xəbərlər
Digər xəbərlər