7 C
Baku
Monday, December 2, 2024

Azərbaycanda ən aşağı faizlə pul krediti verən banklar – Siyahı (dekabr)

Banker.az olaraq banklarda 2024-cü ilin dekabr ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.

Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 9.8%-26% aralığında müəyyən edilib.

Hansı bankın daha sərfəli şərtlərlə nağd pul krediti təklif etdiyini isə cədvəldən tanış ola bilərsiniz.

7 1068x1068 1

*ABB – Kampaniya çərçivəsində müştərilər ABB-dən kredit alarkən illik faiz dərəcəsində 5%-dək güzəşt qazanacaqlar. Belə ki, digər banklardakı aktiv krediti bağlayaraq ABB-dən kredit əldə edən müştərilər faiz dərəcəsində 4%-dək güzəşt əldə edə bilərlər. ABB-dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə isə illik faiz dərəcəsindən əlavə 1% güzəşt ediləcək. Kampaniya 31 dekabr 2024-cü il tarixinə qədər davam edəcək.

*Expressbank – 20 000 AZN-dən artıq kredit əldə edən müştərilərə içində həmin kredit vəsaiti olan Expresso Platinum kredit kartı hədiyyə oluna bilər. Başqa bankda krediti olan müştərilər kredit borclarını bağlamaq üçün komissiyasız kredit əldə edə bilərlər.

*Xalq Bank – Kampaniya 31 dekabradək qüvvədədir.

Son xəbərlər
Digər xəbərlər