12 C
Baku
Wednesday, April 24, 2024

Yuxarı Qarabağ iqtisadi rayonuna Azərbaycanda ən az kredit qoyuluşu verilib

2020-ci ilin sentyabr ayında ölkədə regionlar üzrə kredit  qoyuluşunun həcmi 14 milyard 497 milyon 33 min manat təşkil edib.

Banker.az Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə regionlar üzrə kredit  qoyuluşunun həcmi 624 milyon 898 min manat artıb.

Hesabat dövründə banklara təklif olunan kreditlərin orta faiz dərəcəsi 11%-ə bərabər olub.

Bank sektorunda regionlar üzrə verilən kreditlərin həcminə görə ilk pillələri Bakı şəhəri, Aran və Gəncə-Qazax iqtisadi rayonları tutur.

Respublika üzrə ən az kredit qoyuluşu isə  Yuxarı Qarabağ iqtisadi rayonuna verilib. Bu bölgədə kredit qoyuluşu 61 milyon 406 min manat təşkil edib.

 

 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər