2025-ci ildə nəqliyyat vasitələrinin sayı digər şəhərlərə (rayonlara) nisbətən daha az olan şəhər Naftalan olub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, Naftalan şəhəri üzrə qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 1500 ədəddir və onların 1374-nü minik avtomobilləri təşkil edir.
Qeyd edək ki, Azərbaycanda ən çox nəqliyyat vasitəsi isə Bakı şəhərində qeydiyyatdadır. 2025-ci ildə Bakı şəhəri üzrə yalnız minik avtomobillərinin sayı 698 167 ədəd təşkil edib.






