13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda ən baha və ən ucuz kreditlərin verildiyi regionlar – SİYAHI

2023-cü ilin mart ayına Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 20.039 mlrd. manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanda banklar tərəfindən təklif olunan kreditlərin orta faiz dərəcəsi 12.38%-ə, milli valyutada 14.27%-ə bərabər olub.

Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Yuxarı Mil-Muğan iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 19.89% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 10.78% olub.

89

 

 

Son xəbərlər
Digər xəbərlər