-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda ən böyük bank səhmdarları kimdir? – SİYAHI

Azərbaycanda fiziki şəxs olan bank səhmdarlarının 2022-ci il üzrə reytinqi bəlli olub. Banker.az bu siyahını sonuncu dəfə 2020-ci ilin aprelində dərc etmişdi. O gündən bu günə reytinqdə yeni liderlər meydana gəlib, dəyişikliklər olub. TOP3-lüyün ikisi xanımdır.

İndi siyahıya “Yelo Bank”dan  Marina Kulişova liderlik edir. Xanım Kulişova bir ildir ki, “Yelo Bank”da səhmdar kimi tanınmağa başlayıb. Onun bankda payı 2021-ci ildə 3.89% olduğu halda, 2022-ci ilin əvvəlində artaraq 4.22%-ə yüksəldi. Daha sonra avqustda məlum oldu ki, Kulişova artıq əsas səhmdar olan “Topaz İnvestments Limited” QSC-dən də səhmləri satın alıb və beləliklə, ölkənin ən iri bank səhmdarına çevrilib. Yəni, 378 milyon manatlıq nominal dəyərə sahib olan səhmlərin 373.9 milyon manatı ona məxsusdur. O, həm də bankın Müşahidə Şurasının sədridir.

İkinci sırada Zərifə Həmzayevadır. İş xanımının “Premium Bank” ASC-dəki səhmlərinin nominal dəyəri 130.6 milyon manatdır.

Üçüncü sırada Eldar Qəribovdur. E.Qəribov “Unibank” ASC-nin səhmlərinin 86.7%-nə, yəni 123.6 milyon manatına sahibdir.

Qeyd edək ki, bankda payları 5%-dən çox olan səhmdarlar siyahıya alınıb.

TAM SİYAHINI TƏQDİM EDİRİK:

32321321312312

Son xəbərlər
Digər xəbərlər