2026-cı ilin yanvar–iyun ayları üzrə Azərbaycanda qeyri-dövlət ixracatçı subyektlərinin reytinqi açıqlanıb.
Banker.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata əsasən, reytinqə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (AIMKL) başçılıq edir.
İlk onluqda həmçinin “Prime Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel Company” QSC, “Prime Export” MMC, “Agrarco” MMC, “Silk Way Aviaşirkəti” MMC, “Vvest Stream” MMC, “Tabaterra” MMC və “P-Aqro” MMC yer alıb.
İİTKM dövlətə məxsus şirkətlərin qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac əməliyyatları üzrə reytinqini də açıqlayıb.
Bu kateqoriyada siyahıya “Socar Polymer” MMC liderlik edir. Sonrakı pillələrdə “Azergold” QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji” ATSC, “Naxçıvan Enerji” MMC və “Socar Cape” MMC qərarlaşıb.









