Azərbaycanda əhalinin istehlak səbətində əsas paya sahib olan bəzi ərzaqların qiymətlərində aylıq artım dinamika daha da kəskinləşib.
Banker.az-ın rəsmi rəqəmlərə istinadən xəbər verir ki, ərzaqlarda ən çox bahalaşma baş soğanda müşahidə edilir. Oktyabrda hər kiloqramının qiyməti 0.64 manat olan baş soğanın qiyməti noyabr ayında 0.70 manata qədər 9.1% bahalaşıb.
Mərcinin orta qiyməti 7.5% bahalaşma ilə 3.29₼/kq-a, qarabaşaqın 7.4% artımla 3.04 ₼/kq-a, banınıq 7.1% artımla 2.39₼/kq-a, kartofun 6.6% artımla 0.93 ₼/kq-a, sarımsağın 6.1% artımla 4.34 ₼/kq-a, şəkər tozunun 4.4%-lə 1.53₼/kq-a, yumurtanın 4.1% artımla 0.21₼/əd.-ə qədər bahalaşıb.
Manatla
Məhsul | Vahid | Oktyabr | Noyabr | Aylıq dəyişmə |
Baş soğan | KQ | 0.64 | 0.70 | 109.10 |
Mərci | KQ | 3.06 | 3.29 | 107.50 |
Qarabaşaq yarması | KQ | 2.83 | 3.04 | 107.40 |
Banan | KQ | 3.06 | 3.29 | 107.10 |
Kartof | KQ | 0.87 | 0.93 | 106.60 |
Sarımsaq | KQ | 4.08 | 4.34 | 106.40 |
Qatılaşdırılmış şəkərli süd | 400 ml | 1.86 | 1.95 | 104.90 |
Şəkər tozu | KQ | 1.47 | 1.53 | 104.40 |
Toyuq yumurtası | 10 ədəd | 2.00 | 2.08 | 104.00 |
Kərə yağı | KQ | 17.01 | 17.40 | 102.30 |