Azərbaycanın sosial şəbəkə bazarında 2021-ci ilin avqustunda “Facebook” 72,31 faiz payla birinci yerdə olub. Belə ki, iyul ayı ilə müqayisədə “Facebook” istifadəçilərinin fəallığı avqustda 33% artıb.
Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, İkinci yerdə 8.51% göstərici ilə “YouTube” qərarlaşıb. “Instagram” istifadəçilərinin fəallığı ötən ay 4,26 faizə bərabər olub.
“Twitter” istifadəçilərin fəallığı isə avqustda kəskin azalıb. Belə ki, cari ilin iyul ayında Azərbaycanın media bazarında “Twitter” 29.2% bazar payı ilə ikinci yerdə qərarlaşmışdırsa, avqust ayında “Twitter” istifadəçilərinin fəallığı azalması, beşinci yerə düşməsinə səbəb olub.