13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda ən çox bu sahələrdə biznes qururlar – Siyahı

2021-ci ilin yanvar-sentyabr ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 5.5 faiz artaraq 2021-ci il oktyabrın 1-i vəziyyətinə 163 979 olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Artım iqtisadiyyatın “Nəqliyyat və anbar təsərrüfatı”, “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, “İnformasiya və rabitə”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Emal sənayesi”, “Peşə, elmi və texniki fəaliyyət”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Maliyyə və sığorta fəaliyyəti” və “Turistlərin yerləşdirilməsi və ictimai iaşə” sahələrində nəzərəçarpacaq dərəcədə olub.

“Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksək olmuşdur.

s1 s2

Son xəbərlər
Digər xəbərlər