9 C
Baku
Friday, November 15, 2024

Azərbaycanda ən çox cərimələnən özəl klinikalar

Azərbaycan Səhiyyə Nazirliyi bu il ərzində böyük məbləğdə cərimələdiyi özəl klinikaların adlarını açıqlayıb.

Nazirlikdən Trend-ə bildirilib ki, Azərbaycanda ümumilikdə bu ilin ilk 6 ayı ərzində lisenziyasız və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 tibb müəssisəsi 242 000 manat məbləğində cərimələnib.

Ən yüksək cərimələr “Diaqnoz” Tibb Mərkəzi, “Bioloji Təbabət”, “Bakı”, “Aysmed” və “Ömür” klinikalarına qarşı tətbiq edilib. “Diaqnoz” Tibb Mərkəzi, “Bioloji Təbabət”, “Bakı” klinikaları 30 000, “Aysmed” və “Ömür” klinikaları 20 000 manat məbləğində cərimələnib. Qalan klinikalar isə 2000-6000 manat məbləğində cərimə edilib.

Səhiyyə Nazirliyi insanlara lisenziya olmadan fəaliyyət göstərən və lisenziyasının əlavəsində müvafiq iş və xidmətlərin qeyd edilmədiyi müəssisələrə müraciət etməməyi, bununla özlərinin və yaxınlarının həyat və sağlamlığını təhlükə altına qoymamağı tövsiyə edir.

Xatırladaq ki, hazırda Azərbaycanda 650-dən çox özəl müalicə-profilaktika müəssisəsi var.

Son xəbərlər
Digər xəbərlər