6 C
Baku
Wednesday, February 5, 2025

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr məlum olub

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə “İnstagram” olub.

Bu dövrdə “İnstagram”ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 36,04% təşkil edib. Bu isə 2024-cü ilin dekabr ayı ilə müqayisədə 11,05 faiz bəndi və illik müqayisədə 1,13 faiz bəndi azdır.

İstifadəçi sayına görə, ikinci yerdə 25,82% payla “Facebook” qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 9,79 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz bəndi çox olub.

Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 16,14% payla “Pinterest” olub. Bu, aprel ayı ilə müqayisədə 0,77 faiz bəndi, illik müqayisədə 3,85 faiz bəndi azdır.

Ötən ay “YouTube” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 3,41 faiz bəndi, illik 0,1 faiz bəndi artaraq 13,38%-a çatıb. Dövr ərzində “YouTube” istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.

Ötən ay “X” sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 1,61 faiz bəndi, illik 1,81 faiz bəndi azaldaraq 5,05%-lə beşinci yerdə dayanıb.

İstifadəçi sayına görə, altıncı yeri 1,91% payla “Reddit” sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,31 faiz bəndi, illik 0,49 faiz bəndi artırıb.

Yanvar ayında “Linkedin” sosial şəbəkəsi 0,91% bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Sosial şəbəkə ölkədəki bazar payını aylıq 0,14%, illik 0,32% azaldıb.

Mənbə:APA
Oxşar xəbərlər

Bu ölkə də ÜST-dən çıxır

Argentina Prezidenti Xavyer Miley ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması barədə qərar verib. Bunu Argentina Prezidentinin mətbuat katibi Manuel Adorni bildirib. Qərar ABŞ-nin bu qurumu tərk etməsindən...

Bu şəxslər artımlardan sonra 540 manat pensiya alacaq

500 manat pensiya alan şəxs artımlardan sonra 540 manat pensiya almış olacaq. Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov bu gün keçirdiyi...

Himalay Məmişov: Maaşların artırılması 700 min şəxsi əhatə edir

Əməkhaqlarının artırılması 700 min şəxsi əhatə edir. Bunun 400 min nəfəri dövlət, 300 min nəfəri isə özəl sektorun payına düşür. Bunu DSMF-nin İdarə Heyətinin sədri...

“İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsinə hökm oxundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunan "İnstapower" şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad...

Daha 2 marşrut xətti müsabiqəyə çıxarıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 156 və 158 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır. Banker.az...