-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda ən çox maaşı onlar alır – Siyahı

2023-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11.4 faiz artaraq 901.3 manat
təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əməkhaqqı neft-qaz sektorunda 3878.2 manat, qeyri neft-qaz sektorunda 843.8 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 855.7 manat, özəl müəssisələrdə isə 952.5 manat olub.

Mədənçıxarma sənayesində (3719.4 manat), maliyyə və sığorta fəaliyyəti (2053.9 manat), peşə, elmi və texniki fəaliyyət (1455.9 manat), eləcə də informasiya və rabitə sahələrində (1537.7 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

mm

 

Son xəbərlər
Digər xəbərlər