Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin oktyabr ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.
2021-ci ilin oktyabr ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 187 milyon 553 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə Paşa Sığorta şirkətidir. (64 milyon 625 min manat).
Üçüncü yerdə 52 milyon 410 min manat olmaqla Dövlət Sığorta Kommersiya şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Atəşgah Həyat Sığorta” şirkəti 26 milyon 421 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Xalq Sığorta” şirkətidir – 17 milyon 985 min manat.
Bu il il ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Naxçıvansığorta” (322 min manat), “Xalq Həyat Sığorta” (89 min manat) və “Aqrar Sığorta” (85 min manat) olub. Meqa Həyat sığorta şirkəti isə sığorta ödənişi həyata keçirməyib.
Sığortaçının adı | Sığorta ödənişləri (2021-ci il oktyabr), min manat |
Paşa Həyat Sığorta | 187,553 |
Paşa Sığorta | 64,625 |
Dövlət Sığorta Kommersiya Şirkəti | 52,410 |
Atəşgah Həyat Sığorta Şirkəti | 26,421 |
Xalq Sığorta | 17,985 |
Atəşgah Sığorta Şirkəti | 8,837 |
A-Qroup Sığorta Şirkəti | 8,789 |
AtaSığorta | 7,388 |
AzSığorta | 6,311 |
Qala Sığorta | 4,477 |
Meqa Sığorta | 4,180 |
Azərbaycan Sənaye Sığorta | 3,590 |
Günay Sığorta | 3,401 |
Qala Həyat Sığorta Şirkəti | 2,396 |
İpək Yolu Sığorta | 1,507 |
Bakı Sığorta | 845 |
Naxçıvansığorta | 322 |
Xalq Həyat Sığorta Şirkəti | 89 |
Aqrar Sığorta | 85 |
Meqa Həyat Sığorta | – |