2022-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4915,5 milyon manat və ya 2021-ci il ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz az vəsait yönəldilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2022-ci ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 43,3 faizi sənaye, 30,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 18,2 faizi tikinti, 1,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,2 faizi informasiya və rabitə, 0,9 faizi maliyyə və sığorta fəaliyyəti, 0,7 faizi təhsil, 0,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, hər birində 0,4 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət ahələrinə sərf edilib.