Azərbaycanda 2022-ci ilin aprel ayında “Samsung” telefonlarının satışı artdığı halda, “Apple” və “Xioumi”nin satışları azalıb.
Banker.az bu barədə “GlobalStats”a istinadən xəbər verir.
Belə ki, ölkəmiz üzrə ən çox bazar payı olan mobil telefon istehsalçısı Samsung şirkətidir – 41.95%.
Koreya brendi olan “Samsung”un bazar payı son bir ayda 41.81%-dən 41.95%-ə qədər artdığı halda, “Apple”nin payı 17.04%-dən 16.99%-ə, “Xiaoum”nin payı 34.09%-dən 34.04%-ə qədər azalıb.