Mobil telefon istehsalçılarının Azərbaycan və dünya üzrə bazar payı açıqlanıb.
Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, Ölkəmiz üzrə ən çox bazar payı olan mobil telefon istehsalçısı Samsung şirkətidir – 40.34%.
İkinci ən yüksək bazar payı 34.81%-lə Xiaomi şirkətinə məxsusdur. Üçüncü yerdə 17.49% bazar payı olan Apple gəlir. Onun ardınca isə 4.23% bazar payı olan Huawei mobil cihaz istehsalçısı qərarlaşıb.
Dünya üzrə açıqlanan nəticəyə gəldikdə isə burada 29.51% bazar payı olan “Apple” liderdir. Samsung 27.16%-lə ikinci, Xiaomi 11.54%-lə üçüncü sırada yer alıb.