Dövlət Statistika Komitəsinin 2026-cı il iyulun 1-i vəziyyətinə olan göstəricilərinə əsasən, yanvar-iyun ayları üzrə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı statistikası açıqlanıb. Ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 174,4 manat təşkil edir.
Banker.az xəbər verir ki, açıqlanan göstəricilərə əsasən, inzibati ərazi vahidləri və rayonlar üzrə göstəricilər böyük fərqlilik nümayiş etdirir.
Ən yüksək orta aylıq əməkhaqqı olan 10 rayon/şəhər:
-
Xankəndi şəhəri – 1 644,3 manat
-
Bakı şəhəri – 1 487,3 manat
-
Daşkəsən rayonu – 1 248,6 manat
-
Şuşa rayonu – 1 143,8 manat
-
Xocalı rayonu – 1 097,5 manat
-
Zəngilan rayonu – 1 046,9 manat
-
Gədəbəy rayonu – 1 027,6 manat
-
Sumqayıt şəhəri – 986,7 manat
-
Naxçıvan şəhəri – 964,1 manat
-
Şirvan şəhəri – 946,4 manat
(Qeyd: Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına daxil olan Cəbrayıl (904,4 manat) və Qubadlı (908,0 manat) rayonlarında da əməkhaqqı göstəriciləri yüksəkdir).
Ən aşağı orta aylıq əməkhaqqı olan 10 rayon:
-
Qax rayonu – 584,7 manat
-
Balakən rayonu – 642,4 manat
-
Zərdab rayonu – 646,0 manat
-
Xızı rayonu – 648,5 manat
-
Ağcabədi rayonu – 655,8 manat
-
Ağstafa rayonu – 655,6 manat
-
Göyçay rayonu – 657,7 manat
-
Masallı rayonu – 660,1 manat
-
Beyləqan rayonu – 665,8 manat
-
Ağdaş rayonu – 673,5 manat
Məlumat üçün bildirək ki, respublika üzrə rəsmi qeydiyyata alınmış işsiz şəxslərin sayı 248 469 nəfər təşkil edir, onlardan 5 347 nəfəri işsizlikdən sığorta ödənişi alır.







