15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda ən çox ziyarət olunan dövlət saytları açıqlandı

2022-ci il ərzində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəsmi saytı olan azal.az saytı ən çox müraciət edilən dövlət orqanı saytı olub.

Banker.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Adıçəkilən Mərkəz saytlarla bağlı bu statistikanı həm toplam giriş sayına görə, həm də unikal giriş ayına görə açıqlayıb.

Hər iki kateqoriya üzrə ilk 4-lük dəyişməz olaraq qalıb. Belə ki, ikinci yerdə Dövlət İmtahan Mərkəzinin dim.gov.az, üçüncü pillədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az və 4-cü pillədə isə Azərbaycanın aşağı büdcəli hava yolu şirkəti olan “Buta Airways”in butaairways.az saytı qərarlaşıb.

Toplam giriş sayına görə 5-ci yerdə Müdafiə Nazirliyinin mod.gov.az, 6-cı sırada Elm və Təhsil Nazirliyinin edu.gov.az, 7-ci pillədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) aztv.az saytı yerləşib.

Bu kateqoriya üzrə son 3 yerdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) science.gov.az, “İdman Azərbaycan TV”-nin idmantv.az və Daxili İşlər Nazirliyinin (DİN) mia.gov.az saytları qərarlaşıb.

Unikal giriş sayına görə saytların sıralamasına gəlincə isə burada 5-ci pillədə Elm və Təhsil Nazirliyinin edu.gov.az, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) asan.gov.az, Müdafiə Nazirliyinin mod.gov.az yer alıb.

Bu kateqoriya üzrə son 3-lükdə ardıcıl olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) taxes.gov.az, Dövlət Gömrük Komitəsinin (DGK) customs.gov.az və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) aztv.az saytı qərarlaşıb.

TOP 10 Dövlət Orqanı Rəsmi İnternet Resursu

 Toplam giriş sayına görə

 Unikal giriş sayına görə

1. azal.az
2. dim.gov.az
3. sosial.gov.az
4. butaairways.az
5. mod.gov.az
6. edu.gov.az
7. aztv.az
8. science.gov.az
9. idmantv.az
10. mia.gov.az
1. azal.az
2. dim.gov.az
3. sosial.gov.az
4. butaairways.az
5. edu.gov.az
6. asan.gov.az
7. mod.gov.az
8. taxes.gov.az
9. customs.gov.az
10. aztv.az
874fb7b5 1953 3d0b aa3e f6b053528757
Son xəbərlər
Digər xəbərlər