2022-ci ildə Azərbaycanın bank sektoru daşınmaz əmlaka verdikləri kreditin həcmini artırdılar.
Bankların 1 yanvar 2023-cü il tarixinə olan məlumatına görə, bankların ipoteka kreditləri portfeli 2 milyard 985.16 milyon manata yüksəldi. Bu da son bir ildə bu portfelin 24.3% yüksəlməsidir. 2021-ci ildə artım dinamikası 19% idi.
Banker.az-ın tərtib etdiyi listdə ölkədə ən böyük ipoteka kreditləri portfelinə sahib kredit təşkilatı kimi ABB (Azərbaycan Beynəlxalq Bankı) dayanır. Bank 2022-ci ildə bu portfeli düz 25% artırmaqla 919.94 milyon manata yüksəltdi.
İki və üçüncü sıranı müvafiq olaraq “Kapital Bank” ASC və “Xalq Bank” ASC tutur. “Kapital Bank” ipoteka krediti portfelini illik müqayisədə 43% artıraraq 416.32 mln. manata, “Xalq Bank” 36% artırmaqla 317.32 milyon manata çatdırıb.
İpoteka krediti artımında illik müqayisədə ən yüksək artım dinamikası “Ziraat Bank Azərbaycan” ASC ( 2dəfə), “Kapital Bank” (43%) və “Bank of Baku” ASC-də (39%) müşahidə edilmişdir.