İnsanların istehlak mallarına olan tələbatlarını qarşılamaq üçün banklar müxtəlif şərtlərlə geniş çeşiddə istehlak kreditləri təklif edir.
Banker.az buna görə istehlak kreditinin bir növü olan nağd kredit verən bankları araşdırıb.
Banklara müraciət edib və sərfəli şərtlərlə təklif olunan “Nağd kredit” məhsulundan istifadə edə bilərsiniz.
Bankların kredit şərtləri ilə ətraflı cədvəldə qeyd olunub.
*AFB Bank – Nağd krediti rəsmi Bank kartı ilə əmək haqqı alanlar və təqaüdçülər əldə edə bilərlər.
*Kapital Bank –Kampaniya çərçivəsində onlayn rəsmiləşən kreditlərdə il sayı qədər faiz endirimi ediləcəkdir; Yalnız onlayn rəsmiləşdirilən kreditlərə nağdlaşdırma komissiyası: 0%. Kampaniya 30 noyabradək keçərlidir.
*Yelo Bank – Əməkhaqqını Yelo-dan alanlara 1% endirim (min 14%)
*PAŞA Bank – Əmək haqqı kartı PAŞA Bankda olan müştərilər üçün nağd kredit verilir
*Rabitəbank -Nağd pul kreditinə onlayn qaydada müraciət etməklə kredit faizində 1% endirim əldə etmə imkanınız var.
*Turanbank – Əmək haqqı hesabı Turanbank ASC-də olan kredit müraciətlərinə mövcud faiz dərəcələrindən 0.5% güzəşt oluna bilər. Kreditin komissiyasını 3%-ə qaldırmaqla (komissiya 3 faizdən çox ola bilməz), müvafiq komissiyadan kreditin standart komissiyasi arasında fərqdən çox olmayan faiz həcmində kreditin faiz dərəcəsində güzəşt tətbiq etmək olar. Bu zaman qaydalarda müəyyən edilmiş digər güzəştlər tətbiq oluna bilməz.
*Yapı Kredi Bank – Yeni müştərilər üçün illik faiz dərəcəsi 19.90%, təkrar müştərilər üçün 18% təşkil edir.