3 C
Baku
Sunday, March 2, 2025

Azərbaycanda ən yüksək və ən aşağı pensiyalar bu rayonlarda verilir – Siyahı

Bu ilin iyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 214 min 74 nəfər pensiyaçı olub.

Banker.az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, pensiyaçılara verilən orta aylıq pensiya məbləği 328 manat 77 qəpik olub.

Paytaxt Bakıda orta aylıq pensiya məbləği 436 manat 48 qəpik olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Naxçıvanda verilib. Bu rayonda orta aylıq pensiya məbləği 306 manat 69 qəpik olub. Naxçıvan rayonundan sonra ən yüksək pensiyanın verildiyi şəhər və rayonlar arasında Xocavənd (301.08 manat), Şuşa (299.41 manat), Sumqayıt (295.75 manat), Kəlbəcər (296.20 manat) ilk sırada yer alıblar.

Pensiyaçılara verilən ən aşağı pensiya məbləği Lerik rayonunda qeydə alınıb. Bu rayonda orta aylıq pensiya məbləği 248 manat 57 qəpik olub. Aşağı pensiyanın verildiyi rayonlar arasında Qusar (258.23 manat) və Xaçmazdır (250.70 manat)

pns1 pns2

Son xəbərlər
Digər xəbərlər