7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda ən yüksək və ən aşağı pensiyalar verilən rayonların SİYAHISI

Bu ilin aprel ayının 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 177 min 419 nəfər pensiyaçı olub.
Rəsmi statistikaya əsasən, pensiyaçılara verilən orta aylıq pensiya məbləği 364 manat 35 qəpik olub.
Paytaxt Bakıda orta aylıq pensiya məbləği 483 manat 87 qəpik olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Zəngilanda verilib. Bu rayonda orta aylıq pensiya məbləği 345 manat 33 qəpik olub. Zəngilandan sonra ən yüksək pensiyanın verildiyi şəhər və rayonlar arasında Naxçıvan (334.27 manat), Şuşa (325.29 manat), Siyəzən (317.50 manat), Füzuli (316.44 manat) ilk sırada yer alıblar.
Pensiyaçılara verilən ən aşağı pensiya məbləği Lerik rayonunda qeydə alınıb. Bu rayonda orta aylıq pensiya məbləği 283 manat 71 qəpik olub. Aşağı pensiyanın verildiyi rayonlar arasında Xaçmaz (287.98 manat) və Ağdaşdır (285.25 manat)

 

r1 r2

Son xəbərlər
Digər xəbərlər